ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə ilk dəfə qadın rəhbərlik edəcək

ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri vəzifəsinə daha əvvəl direktor müavini kimi çalışmış Cina Haspeli təyin edib.

Azadinform ABŞ KİV-inə istinadən xəbər verir ki, bununla da MKİ-yə ilk dəfə qadın rəhbərlik edəcək.

Xatırladaq ki, bir qədər əvvəl D.Tramp MKİ rəhbəri Mayk Pompeonu ABŞ dövlət katibi vəzifəsinə təyin edib.

Qeyd edilir ki, C.Haspel 1985-ci ildən idarədə çalışır, xaricdə böyük iş təcrübəsinə malikdir. O, xarici kəşfiyyat xidməti və antiterror mərkəzinin direktor müavini vəzifələrində işləyib.

13.03.2018 19:56 / Baxılıb: 239 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo