Dünyanın ən inkişaf etmiş şəhərinin adı açıqlandı

"Juniper Research" konsaltinq şirkəti "Intel" ilə birgə apardığı araşdırmanın nəticəsi olaraq dünyanın ən inkişaf etmiş 20 şəhərinin adını açıqlayıb.

Azadinform "RİA Novosti"yə istinadən xəbər verir ki, ilk yeri Sinqapur şəhəri tutub.

Reytinqi tərtib edənlərin əsas götürdüyü dörd parametrin (mobillik, sağlamlıq, təhlükəsizlik və məhsuldarlıq) hamısında Sinqapur üstün olub. Araşdırmada deyilir ki, Asiya meqapolisinin sakinləri inkişaf etmiş nəqliyyat sistemi sayəsində ildə 60 saat vaxta qənaət edə bilirlər, videomüşahidə şəbəkəsi isə hüquq-mühafizə orqanlarına cinayətkarlıqla mübarizədə yardım edir.

Ən inkişaf etmiş şəhərlərin "top-5"liyinə həmçinin London, Nyu-York, San-Fransisko və Çikaqo da daxil edilib.

13.03.2018 19:28 / Baxılıb: 265 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.06.2018
    17.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo