Tillersonla İran məsələsində eyni fikirdə deyildik Tramp

Samir Soltanov/AZADİNFORM. ABŞ Prezidenti Donald Tramp Reks Tillersonu dövlət katibi vəzifəsindən azad etməsinə aydınlıq gətirib. 

Azadinform trend-ə istinadən xəbər verir ki, D.Tramp jurnalistlərə bildirib ki, bu məsələni R.Tillersonla çoxdan müzakirə edib: “Biz onunla bu barədə uzun müddətdir danışmışıq. Bizim yaxşı münasibətlərimiz var, lakin bir sıra məsələlərdə fikirlərimiz uzlaşmır”. 

R.Tillersonla fikir ayrılığı qismində D.Tramp İranla sövdələşməni misal çəkib: “Mən bu sövdələşmənin dəhşətli olduğunu, o isə normal olduğunu düşünürdü. Mayk Pompeo (yeni dövlət katibi - red.) ilə isə fikirlərimiz eynidir”.

13.03.2018 18:52 / Baxılıb: 200 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo