Fərid Cəfərov Gənclər Fondunun icraçı direktoru təyin edilib

Samir Soltanov/AZADİNFORM. Fərid Tahir oğlu Cəfərovun Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru təyin edilməsi haqqında Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Azadinform xəbər verir ki, sərəncamda bildirilir:  

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 
1. Fərid Tahir oğlu Cəfərov Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru təyin edilsin. 
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. 
3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

13.03.2018 18:10 / Baxılıb: 698 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo