Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Eşqin Nuruşov/AZADİNFORM. Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Azadinform-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1949-cu il təvəllüdlü Məmmədova Rifan Hacıbaba qızının meyitini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

13.03.2018 18:34 / Baxılıb: 212 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.06.2018
    17.06.2018
     
    © 2018 All right reserved www.azadinform.az Powered by Danneo