Neftçi Qarabağ oyununun biletləri satışda

Samir Soltanov/AZADİNFORM. Topaz Premyer Liqasının 20-ci turunun “Neftçi” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb.

Azadinform xəbər verir ki, qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir. Biletləri “Bakcell Arena”nın kassalarından və stadionun ərazisindəki rəsmi fan-şopdan əldə etmək mümkündür. 
Kassalar bu gün saat 18:00-dək işləyir. Sabah isə saat 11:00-dan oyun başalananadək biletlər satışda olacaq. 
Qeyd edək ki, sabah “Bakcell Arena”da keçiriləcək oyun saat 18:00-da başlanacaq.

13.03.2018 17:40 / Baxılıb: 192 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.06.2018
    17.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo