Tramp Tillersonu istefaya göndərdi

Ləman Hüseynzadə / AZADİNFORM. ABŞ Prezidenti Donald Tramp dövlət katibi Reks Tillersonu vəzifədən azad edib.

Azadinform xəbər verir ki, ABŞ prezidenti Donald Tramp qərarını Tvitter səhifəsində açıqlayıb.

Tillersonu Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Mayk Pompeo əvəz edəcək.

Tramp xidmətlərinə görə Tillersona təşəkkür edib: “MKİ rəhbəri Mayk Pompeo bizim yeni dövlət katibimiz olacaq. O möhtəşəm işlər görəcək. Tillersona xidmətlərinə görə təşəkkürlər. Cina Hespel MKİ-nin yeni rəhbəri və bu vəzifəyə seçilmiş ilk qadın olacaq. Hər kəsə təbriklər”.

13.03.2018 17:15 / Baxılıb: 448 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo