Məzahir Pənahov ATƏT PA-nın portuqaliyalı deputatı ilə görüşüb

Samir Soltanov/AZADİNFORM. Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının nümayəndə heyəti ilə görüşüb.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən Azadinform-a verilən məlumata görə, sədr Məzahir Pənahov ATƏT Parlament Assambleyasının üzvü və koordinatoru, Portuqaliyadan olan millət vəkili Nilza de Senanı və nümayəndə heyətini salamlayaraq prezident seçkiləri ərəfəsində keçirilən görüşdən məmnunluğunu ifadə edib və MSK-nın nüfuzlu beynəlxalq təşkilatlar və onların müxtəlif qurumları ilə qarşılıqlı faydalı əməkdaşlığına hər zaman xüsusi əhəmiyyət verdiyini bildirib. O qeyd edib ki, beynəlxalq təcrübənin öyrənilməsi seçki praktikasının daha da təkmilləşməsində mühüm əhəmiyyət kəsb edir. 

Nilza de Sena Azərbaycan Respublikasının seçki sistemi, seçki komissiyalarının fəaliyyət prinsipləri və seçkilərə hazırlıqla bağlı görülmüş işlərlə maraqlanıb. 
Qonaqların suallarını cavablandıran MSK sədri Məzahir Pənahov seçkilərin yüksək səviyyədə hazırlanması, azad, ədalətli və şəffaf keçirilməsi üçün görülmüş işlərdən ətraflı danışıb və həyata keçirilmiş genişmiqyaslı layihələri nümayəndə heyətinin diqqətinə çatdırıb. 
Görüş çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

13.03.2018 16:43 / Baxılıb: 191 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo