Anar Rzayev Prezidentin fəxri diplomu ilə təltif edilib

Samir Soltanov/AZADİNFORM. Anar Rəsul oğlu Rzayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqında Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Azadinform xəbər verir ki, sərəncamda bildirilir:  “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 

Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə Anar Rəsul oğlu Rzayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin”.

13.03.2018 16:34 / Baxılıb: 231 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo