Binəli Yıldırım Bakıya gəlir

Ləman Hüseynzadə / AZADİNFORM. Türkiyə Baş naziri Binəli Yıldırım Azərbaycana rəsmi səfər edəcək.

Azadinform xəbər verir ki, bununla bağlı Türkiyə Nazirlər Kabineti məlumat yayıb.

Səfər 14-15 mart tarixlərinə nəzərdə tutulub.

Səfər çərçivəsində türk nazir prezident İlham Əliyev tərəfindən qəbul ediləcək. Bundan başqa, Yıldırım Baş nazir Artur Rəsizadə və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.

Martın 15-də Binəli Yıldırım VI Qlobal Bakı Forumunda iştirak edəcək.

13.03.2018 16:15 / Baxılıb: 231 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo