Şahin Mustafayev İran prezidenti Həsən Ruhani ilə görüşüb

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev İran prezidenti Həsən Ruhani ilə görüşüb.

Məlumata görə, görüşdə iki ölkənin əlaqələrinin inkişafına dair müzakirələr aparılıb.

Görüş Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci iclasından sonra baş tutub.

Ş.Mustafayev bu gün həm də İranın sənət, mədənlər və ticarət naziri Məhəmməd Şəriətmədari ilə görüşəcək. (Apa)

13.03.2018 16:10 / Baxılıb: 222 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo