Nazir: İran Azərbaycanda özəl xəstəxanalardan birini icarəyə götürəcək

İran Azərbaycanda özəl xəstəxanalardan birinin icarəyə götürəcək.

Məlumata görə, bunu Tehranda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, Azərbaycan İranla səhiyyə sahəsində əməkdaşlığı inkişaf etdirir: “Əminəm ki, bu layihə yaxın zamanlarda başa çatacaq”.

Ş.Mustafayev həmçinin əlavə edib ki, ölkələr digər sahələrdə də fəal əməkdaşlıq edir: “Bizim kənd təsərrüfatı sahəsində yaxşı əlaqələrimiz var. Bundan başqa biz ölkəmizdə avtobus və kənd təsərrüfatı texnikasının istehsalının təşkil olunması üçün İran tərəfinə şərait yaratmaq istəyirik”. (Trend)

13.03.2018 15:55 / Baxılıb: 229 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo