Azəriqızı Günel türk müğənni ilə sevgilidir

Ləman Hüseynzadə / AZADİNFORM. Bəyaz TV-də yayımlanan “Söylemezsem Olmaz” proqramında Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova ilə Orhan Ölmezin sevgili olduqları iddia edilib.

Azadinform xəbər verir ki, aparıcı Bircan İpek cütlüyün eşq yaşadığını deyib: “Günel və Orhan münasibətini gizlədir. Xəbəri etibarlı mənbədən əldə etmişik”.

Qeyd edək ki, Günel ilk dəfə hazırda həbsdə olan iş adamı Rza Zərrabla eşq yaşaması ilə gündəmə gəlmişdi. Daha sonra İnanc Başəyməz adlı şəxslə nişanlanan müğənni az keçməmiş ondan ayrılıb və Cem Ozan adlı iş adamı ilə nişanlanıb. Günel ötən il bu nişanı da qaytardığını açıqlayıb.

Orhan Ölmezin Günelin yeni işıq üzü görən “Kırık vazo” mahnısını İnstaqram səhifəsində paylaşmağı izləyicilər tərəfindən faktın düzgün olduğu kimi qiymətləndirilib.

13.03.2018 15:45 / Baxılıb: 342 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
18.09.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo