"Azərbaycan İranla Xəzərdə neft və qaz hasilatı sahəsində əməkdaşlıq etmək niyyətindədir"

"Azərbaycan, İran və Rusiya birgə energetika dəhlizi yarada bilərlər".

Xəbərə görə, bunu bu gün Tehranda Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyasının 12-ci iclasında Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Onun sözlərinə görə, hazırda bununla bağlı hər üç ölkənin nümayəndələri danışıqlar aparır: "Biz İran ilə energetika sahəsində uğurla əməkdaşlıq edirik. Biz artıq ikitərəfli müstəvidən üçtərəfli müstəviyə keçirik".

Nazir qeyd edib ki, Azərbaycan İran ilə birlikdə Xəzər dənizdə birgə neft və qaz hasilatı sahəsində də əməkdaşlıq etmək niyyətindədir. (Apa)

13.03.2018 15:15 / Baxılıb: 208 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo