Bu azərbaycanlılara qarşı vəhşicəsinə törədilən kütləvi qırğın idi

Ləman Hüseynzadə / AZADİNFORM. “Bu ay mart soyqırımının 100 ili tamam olur. 1998-ci ildə Ulu öndər Heydər Əliyevin sərəncamı əsasında 31 mart milli soyqırımı günü elan olunub”.

Bunu Azadinform-a açıqlamasında millət vəkili Tahir Kərimli deyib. O, faciənin dəhşətlərindən danışmaqla yanaşı, soyqırımın unudulmaması, nəsillərdən-nəsillərə ötürülməsi üçün görülməsi vacib olan məqamlara da toxunub.

T. Kərimli deyib ki, bu azərbaycanlılara qarşı vəhşicəsinə törədilən kütləvi qırğın idi. Şamaxıdakı qırğınları, insanların kütləvi şəkildə qətlə yetirilməsini, şəhərlərin yandırılmasını, insanların gözlərinin çıxarılıb dərisinin soyulmasını, müsəlmanların göstərdiyi müqavimət nəticəsində işə düşən Lenin diplomatiyasından danışan millət vəkili hesab edir ki, 1918-ci ilin 31 martında baş vermiş soyqırımın öz tarixi qiymətini layiqincə alması üçün soyqırımı bütün gerçəkliyi əks etdirən möhtəşəm kompleks yaradılmalıdır: “Mən Milli Məclisdə təklif etmişəm ki, elə bir soyqırımı kompleksi yaradılsın ki, orada millətimizin başına gətirilən müsibətlər, öz torpağımızda bizə qarşı olan genosid əks olunsun, muzey kompleksləri yaradılsın. Və Bakıda yaradılacaq bu kompleks Ermənistandakı yalançı, uydurma soyqırımı abidəsindən fərqli olaraq həqiqəti – Azərbaycan xalqının başına ermənilər tərəfindən gətirilən faciələri, soyqırımları əks etdirməlidir. Ermənilərin Azərbaycan xalqını kütləvi şəkildə qırdığını, nənələrimizi, babalarımızı, nəslimizi yer üzündən silmək niyyətində olduqlarını bəyan edən bir abidə olmalıdır. Elə olmalıdır ki, insanlar ona baxıb bir nəticə çıxarsınlar. Keçmişini unudan gələcəyini qura bilməz. Çox təəssüf ki, bizim humanizmimizdən irəli gələn unutqanlığımız var. Amma bu cür faciələri unutmaq olmaz. Bundan başqa, bu faciəni gənc nəslin unutmaması, yaddan çıxarmaması üçün tarixi faktlar bütün dərsliklərə salınmalı, məktəblilərin ziyarət edəcəyi böyük bir kompleks yaradılmalıdır”.

13.03.2018 14:25 / Baxılıb: 433 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.06.2018
    17.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo