"Azərbaycan xarici sahibkarlara şərait yaratmaqla öz investisiya potensialını genişləndirir"

Azərbaycan yeni ticarət marşrutlarının inkişafı üçün investisiyaların cəlb olunması üzərində işləyir.

Məlumata görə, bunu Bakıda keçirilən ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun konfransı zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir deyib ki, Azərbaycan “Deutsche Bank” və bu marşrutlara maraq göstərən ölkələrdən potensial investorlarla danışıqlar aparır.

Onun sözlərinə görə, beynəlxalq nəqliyyat marşrutlarının inkişafı ATƏT regionunun iqtisadi inkişafına böyük töhfə verir: “Son dövrlərdə Azərbaycan iqtisadiyyatın diversifikasiyası üzrə mühüm addımlar atıb. Bu sahədə Azərbaycanın coğrafi mövqeyini nəzərə alaraq, nəqliyyat dəhlizlərinə investisiyalar çox vacibdir”.

E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan xarici sahibkarlar üçün əlverişli şərait yaratmaqla, eləcə də prioritet qeyri-enerji sahələrini inkişaf etdirməklə öz investisiya potensialını genişləndirir: “Bu addımlar Azərbaycan Prezidenti İlham Əliyevin strategiyasının tərkib hissəsidir. Ötən il biz həm Asiya, həm də Avropa üçün mühüm və etibarlı dəmir yolu əlaqəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunu istifadəyə verdik”.

O qeyd edib ki, Azərbaycanın iştirakı ilə mühüm marşrut yollarından biri də Lyapis-Lazurdur: “Bu marşrut da Azərbaycanın iştirakı ilə Şərqlə Qərb arasında daha mühüm əlaqəyə xidmət edəcək”.

Nazir bildirib ki, İpək Yolu marşrutu təkcə Azərbaycan üçün deyil, həm də marşrutun bütün iştirakçı ölkələri üçün iqtisadi inkişafa mühüm təkan verəcək. (Trend)

13.03.2018 13:50 / Baxılıb: 223 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo