Çox keçməz, Ermənistanda kabinetlərdə silahlar işə düşər

Leyla Məhərrəmova / AZADİNFORM. Serj Sarkisyan prezident kimi Ermənistana nə veribsə, baş nazir postunda da onları verməkdə davam edəcək.

Bu fikri Azadinform-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib. Deputat deyib ki, Sarkisyan prezident olarkən xalqına verdiklərinin, yəni işsizlərin, vətəndaşlıqdan imtina edənlərin, bir tikə çörək dalınca çıxıb gedənlərin, orduda ölənlərin, hüququ pozulanların, həbsxanalara atılanların sayı artacaq, korrupsiya daha da genişlənəcək: “Hakimiyyətə yeni gələn prezident zəif, ələbaxan, Serj Sarkisyanın özü isə iddialı olduğundan Ermənistanda hakimiyyətin qanadları arasında uçurum genişlənəcək, ümumi böhran daha da dərinləşəcək”. 

Deputat sonda əlavə edib ki, çox keçməz, kabinetlərdə silahlar işə düşər.

13.03.2018 12:50 / Baxılıb: 968 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo