"Münaqişənin sülh yolu ilə həlli ATƏT-in ən əsas məqsədidir"

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ATƏT-in ən əsas məqsədidir.

Azadinform-un məlumatına görə, bunu Bakıda jurnalistlərə ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli deyib.

O qeyd edib ki, ATƏT regionda bütün münaqişələrin həllinə fəal cəlb olunub: "Parlament Assambleyası üçün və ATƏT-in özü üçün vacib və prioritet rollardan biri münaqişələrin nizamlanması və sülh yolu ilə həllində iştirakdır. Biz açıq şəkildə bəyan edirik: təəssüf ki, bir çox istiqamətlərdə, ilk növbədə, həlli uzanmış münaqişələr məsələsində çatışmazlıqlar, nöqsanlar mövcuddur. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə, şübhəsiz ki, biz ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyirik. Bununla belə, əldə etmək istədiymiz digər aydın nəticələr də var. Lakin prosesin iştirakçıları arasında tənqidin olması və müsbət olmayan münasibətlərə rəğmən, nizamlanmanın digər mexanizmi yoxdur. Münaqişənin sülh yolu ilə həlli - bu bizim ən əsas məqsədimizdir".

13.03.2018 12:40 / Baxılıb: 237 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    17.12.2018
    16.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo