Bütün bu faktorlar Ermənistanda həm müxalifəti, həm də xalqı qəzəbləndirir

Leyla Məhərrəmova / AZADİNFORM. “Hesab edirəm ki, Serj Sarkisyanın baş nazir postuna gəlmək istəyi böyük gərginliyə səbəb olacaq. Elə indidən bu gərginliyə səbəb olmaqdadır”.

Bu fikirləri  Azadinform-a  açıqlamasında politoloq Qabil Hüseynli deyib. Politoloq qeyd edib ki, xalq Qarabağ klanını hakimiyyətdə istəmir və onun tamamilə ölkənin ictimai-siyasi həyatından uzaq olmasını istəyir: “Digər tərəfdən isə Serj Sarkisyan bir dəfə demişdi ki, onun nə prezident, nə də baş nazir kürsüsündə gözü yoxdur. Sarkisyanın baş nazir olmaq istəyi onun xalqına qarşı qeyri-ciddi olduğunu göstərir”.

Politoloqun fikrincə, bütün bu faktorlar həm müxalifəti, həm də xalqı qəzəbləndirir: “Serj Sarkisyan bunu istəyərsə, ölkədə ciddi qarışıqlıq olacaq”.

13.03.2018 12:00 / Baxılıb: 856 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo