Yağış, sulu qar, qar - Faktiki hava açıqlandı

Adəm Abbaslı/AZADİNFORM. Ölkə ərazisində martın 12-si gündüzdən 13-ü səhərədək qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azadinform-a verilən məlumata görə, şimal-qərb küləyi əsib, bəzi rayonlarda və Abşeron yarımadasında arabir güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 3-7, Lənkəran-Astara zonasında 3-19, Böyük Qafqazda 5-24, Mərkəzi-Aran rayonlarında 3-13, Qazax-Gəncə zonasında 3-10, Kiçik Qafqazda 2-7, Naxçıvan MR-da 1 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 41, Sarıbaşda 21, Xınalıqda 17, Qırızda 16, Qubada 8, Qusar, Şamaxıda 5, Xaltanda 3, Kişçay, Rvarud, Kəlvəzdə 2, Qəbələ, Göygöldə 1, Qubanın dağlıq ərazilərində 3-25 sm təşkil edib.

13.03.2018 11:52 / Baxılıb: 187 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo