Politoloq: Ermənistanda toqquşmaların baş verməsi də mümkündür

Leyla Məhərrəmova / AZADİNFORM. “Serj Sarkisyan böyük ehtimalla parlament seçkilərini saxtalaşdırıb tək hakimiyyətli rejim qurmağa çalışacaq”.

Bunu Azadinform-a  politoloq Elxan Şahinoğlu Ermənistanda parlament idarə üsuluna keçidi şərh edərkən deyib.

O qeyd edib ki, Konstitusiyaya əsasən, apreldən sonra Ermənistanda əsas səlahiyyət sahibi baş nazir olacaq: “S. Sarkisyan çalışacaq ki, müxalifət seçkidə məğlubiyyətə uğrasın. Düşünürəm ki, bu narazı vətəndaşları küçələrə çıxmağa sövq edə bilər. Hətta toqquşmaların baş verməsi də mümkündür”.

Politoloq deyib ki, S. Sarkisyanın siyasəti ölkəni iflas durumuna gətirib, sosial-iqtisadi vəziyyət ağırlaşıb.

E. Şahinoğlu vurğulayıb ki, ölkə əhalisinin bir hissəsi bununla razılaşmaq istəmir. Politoloqun fikrincə, postlardakı dəyişikliyin Qarabağ danışıqlarına heç bir təsiri olmayacaq: “Əvvəllər, Azərbaycan prezidenti Qarabağ münaqişəsini Ermənistan prezidenti ilə müzakirə edirdisə, indi görüşlərdə Ermənistan tərəfdən baş nazir olacaq. Amma bu o demək deyil ki, hansısa ciddi dəyişikliyə ümid edə bilərik. S. Sarkisyan Azərbaycan torpaqlarının işğalında birbaşa iştirak edib. Xocalı soyqırımını törədənlərdəndir. Ona görə də münaqişənin həlli ilə bağlı ciddi bir addım gözləmirəm”.

13.03.2018 11:35 / Baxılıb: 881 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.06.2018
    18.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo