Sürüşmə sahəsindəki 98 evdən yalnız birinin sənədi var

“Bayılda sürüşmə sahəsində yaşayan sakinlərə ailənin tərkibinə görə kirayə haqları verilir”. 

Bunu Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov deyib. E. Əzizov qeyd edib ki, təhlükəli ərazilərdəki mənzillərin sakinləri köçürüləcək: “Kompensasiyanın verilməsi işinə Maliyyə Nazirliyi baxır. Ərazidəki 98 evdən yalnız birinin sənədi var. Sürüşmə sahəsindəki evlər qanunsuz tikilib. Məsələ ilə bağlı Bakı şəhər prokurorluğuna müraciət etmişik, onlar iş aparır. Çalışacağıq ki, bu məsələ öz həllini tapsın”. 
İcra başçısı evləri qəzalı vəziyyətə düşən sakinlərə veriləcək kompensasiyanın məbləğini açıqlamayıb. (apa)

13.03.2018 11:05 / Baxılıb: 175 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo