Ekologiyanı korlayan şəxs cərimələnib

Adəm Abbaslı/AZADİNFORM. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Bakı şəhərində növbəti reyd keçiriblər.

Nazirlikdən Azadinform-a verilən məlumata görə, reyd zamanı Nizami rayonu, M.Şərifli 810 ünvanında tullantılarının mövcud qanunvericiliyə uyğun qaydada idarə olunmadığı, kəsilmiş heyvanların tullantılarının qeyri-mütəşəkkil şəkildə ətrafa atıldığı və ərazidə antisanitar vəziyyətin yarandığı aşkarlanıb.

Araşdırma zamanı tullantıların sözügedən ərazidə yerləşən ət və süd satışı mağazasının sahibi Nofəl Hüseynov tərəfindən əraziyə atıldığı məlum olub.

Faktla bağlı mağazanın sahibi barəsində protokol tərtib edilib və o, fiziki şəxs qismində 800 manat məbləğində cərimələnib. Tullantıların ərazidən təmizlənməsi və ərazinin əvvəlki vəziyyətə gətirilməsi üçün N. Hüseynova icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

13.03.2018 10:00 / Baxılıb: 173 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    18.06.2018
    17.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo