Müxalifətdə nəsil və təfəkkür yenilənməsi labüddür

Köhnə müxalifət liderləri pensiya yaşına çatdığından və xalqın antipatiyasını qazandığından meydana yeni gənc liderlər çıxmalıdır


Prezident seçkiləri ərəfəsində müxalifət düşərgəsində qəribə proseslər gedir. Ölkə müxalifətinin böyük bir hissəsinin konstruktiv mövqeyə keçməsi fonunda bir neçə siyasi partiyanın radikallığını davam etdirməsi heç kimin diqqətini cəlb etmir. Bir neçə partiya seçkiləri boykot etmə taktikası tətbiq etməyə cəhd etməklə diqqəti özlərinə cəlb etmək fikrindəydi, amma onlar buna nail ola bilmədilər. Çünki, onlar artıq çoxdan cəmiyyət tərəfindən unudulub. İndi cəmiyyətin bütün diqqəti qarşıdan gələn prezident seçkilərinə və seçkilərdə iştirak edəcək namizədlərin fəaliyyətinə yönəlib.


Cəmiyyətimizin “5-ci kolonu” olmayan başını da itirib. Radikal düşərgədə gedən proseslər onu deməyə əsas verir ki, bu qüvvələrin xalq və ölkə uğrunda ümumi məqsədi və maraqları yoxdur. Bunların heç biri ümumi maraqlar naminə vahid mövqe nümayiş etdirmək haqda düşünməyib, hər bir “lider” öz merkantil maraqlarını təmin etməyə çalışıb. Yəni, öz liderliyini və nüfzunu qəbul etdirmək üçün çalışıb.

Image result for Cəmil Həsənli
Keçən seçkidə vahid namizəd məsələsi ortaya atılmışdı, lakin bu məsələ yarımçıq baş tutdu. Eyni təmayüllü, hətta eyni blokda birləşən partiyalar belə vahid namizəd məsələsində bir araya gələ bilmədilər, beləliklə də “bütün müxalifətin namizədi ideyası” gülünc bir təşəbbüs kimi yarımçıq doğuldu. 


Bu seçkidə isə baykot qərarı verərək gücsüzlüklərini etiraf etmiş oldular. Axı bu qüvvələrin hər biri yaxşı anlayır ki, nəinki təklikdə, hətta, bütün müxalifət birləşsə belə, heç bir şansları yoxdur. Bəs, onda saldıqları bu haray-həşir nədir?


Məntiqlə düşünəndə belə çıxır ki, liderlər sadəcə oyun oynayrlar. Məqsəd həmişə dediyimiz kimi eyni idi - özünü xaricə real müxalifət qüvvəsi və siyasi güc mərkəzi kimi göstərmək, bununla da ölkəyə axan qrantlar üzərində nəzarəti ələ keçirmək. 


Müxalifət düşərgəsində yeganə məqsəd və məram həmişə pul olub. Əvvəllər bu sıraya hakimiyyətə gəlmək də daxil idi. Lakin xalq qarşısında ifşa olunandan və son bir neçə seçkidə rüsvayçı məğlubiyyətə uğrayandan sonra bu məsələ bir kənara atıldı. İndi müxalifləri siyasi mübarizə yox, yalnız pul və şöhrət maraqlandırır. 2 min nəfərin belə iştirak etmədiyi mitinqlərin keçirilməsi, sosial şəbəkələrdə qoparılan haray-həşir də buna xidmət edir.

Image result for Əli Kərimli
İndiki liderlərlə bundan artığını etmək mümkün deyil. Çünki bunlar öz siyasi kapitallarını tam xərcləyb qurtarıblar. Məsələn, götürək elə Əli Kərimlini... Bu adamın əlindən satqınlıqdan və xəyanətdən başqa nə gəlir ki? Görmədinizmi, o boyda Xalq Cəbhəsini, daha sonra özü lider ola bilməyəcək deyə müxalifətin ümumi təşkilatlarını necə parçaladı? Bu adam necə vahid lider ola bilərdi? Təbii ki, heç cür. 

Image result for İsa Qəmbər
İsa Qəmbərin başqa yolumu var? Bu adam da eynən onun kimi, öz kefindədir. Musavatın əbədi fəxri başqanı statusu, yaxşı evi, maşını, pulu parası və s. Bundan artıq nəyi olmalıdır ki? İndi əsas işi memuarlarını yazmaq olmalıdır.

Image result for Etibar Məmmədov
Etibar Məmmədov da siyasi cəhətdən tamamən tükənib. O qədər onu-bunu aldatdı, nala-mıxa döydü ki, indi heç kim ona yaxın durmur. O da işini başa düşüb siyasətdən və partiya sədrliyindən çəkilib və özünü AMİP-in fəxri və əbədi lideri elan edib. 

Image result for İlqar Məmmədov
İlqar Məmmədov isə cəmiyyətdə nəinki nüfuz qazanmaq, heç özünü tanıda da bilmədi. Ətrafında cəmi 5-6 nəfər olan bu şəxs Qərbdən alacağı dəstəklə hakimiyyətə qarşı ciddi qüvvə formalaşdıracağını güman edirdi, lakin bu niyyət də gerçəkləşmədi. 

Image result for Rəsul Quliyev
Mister Rəsula gəldikdə isə, bu adam haqda siz məndən də çox bilirsiniz. Azərbaycan xalqından oğurladığı pullarla Amerikada şellənən bu adam Azərbaycanda ara qarışdırmağa can atır. İqtidar demir, müxalifət demir, ağzına gələni yağdırır Atlantikin o üzündən bəri. Bəzi “badbaxtlar” da onu özlərinə lider seçmişdilər. İndi peşman olublar, amma gecdir.

Image result for Arif Hacılı
Müsavatın yeni başqanı Arif Hacılıya gəldikdə, onun da postunu yanmış binaya qaravulçu təyin edilmək kimi bir şey saymaq olar. Elektoratını tamam uduzmuş, köhnə rəhbərinin getməsi ilə olan-qalan nüfuzunu da itirmiş partiyanın sədri kimi heç bir ciddi nüfuz qazana biməyən funksioner olaraq qaldı.


Deyəcəksiniz, nə oldu, bəs, bu boyda müxalifət düşərgəsində bir əməlli adam yoxdumu, hamısını yıxıb sürüdün. Var! Niyə yoxdur?  Əmma məsələ burasındadır ki, belələri indiyədək papaq altında idi. Gözləyirdilər ki, görək nə vaxt bu qocalar yorulub-usanıb, nə bilim utanıb meydanı tərk edəcəklər. Amma bu “qoca qurdlar” onlara imkan vermirdi. 


İndi isə, müxalifət düşərgəsində yeni qüvvələr formalaşır, yeni liderlər ortaya çıxır. Bu qüvvələr artıq radikal müxalifətçiliyin heç bir effekt vermədiyini anlamışlar və bu səbəbdən də konstruktiv mövqe sərgiləyərək öz siyasi mübarizələrini sivil yolla sürdürməyə çalışırlar.


Azərbaycanın ən yeni siyasi tarixində baş verən ictimai proseslər göstərir ki, müxalifətçilik məhz belə bir strategiya üzərində qurulmalıdır. Yalnız xalqın rəğbətini qazanmaqla, iqtidardan daha yaxşı inkişaf etdirmək yolları göstərməklə, insanların dəstəyini qazanmaq olar. Konstruktiv müxalifətin ideyası da elə budur. Gec də olsa, reallığı və düzgün yolu tapmaq təqdirəlayiqdir.


Elçin Bayramlı

13.03.2018 09:20 / Baxılıb: 306 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo