Şəhriyar Məmmədyarov ardıcıl ikinci dəfə heç-heçə edib

Almaniyanın paytaxtı Berlində keçirilən İddiaçılar turnirində bu gün III turun görüşləri baş tutub.

Azadinform-un məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla amerikalı Fabiano Karuana ilə üz-üzə gəlib.

Görüş 49-cu gedişdən sonra heç-heçə ilə yekunlaşıb - 0,5:0,5. Bununla da, 33 yaşlı qrossmeyster ardıcıl ikinci görüşündə xalları yarı bölüb. Hazırda onun aktivində 2 xal var.

Digər görüşlərin nəticələri:

Levon Aronyan (Ermənistan) - Vladimir Kramnik (Rusiya) - 0:1

Sergey Karyakin (Rusiya) - Aleksandr Qrişuk (Rusiya) - 0,5:0,5

Uesli So (ABŞ) - Din Lijen (Çin) - 0,5:0,5

Bu nəticələrdən sonra Kramnik 2,5 xalla liderliyə yüksəlib. Məmmədyarovla Karuana 2 xalla 2-3-cü yerləri bölüşür. Hərəyə 1,5 xalı olan Din Lijen və Qrişuk 4-5-ci yerlərdə qərarlaşıb. 6-7-ci pillələri bölüşən Aronyanla Karyakinin hərəyə 1 xalı, son pillədəki Sonun isə 0,5 xalı var.

IV turda Məmmədyarov ağ fiqurlarla Sonu sınağa çəkəcək. Həmçinin, Qrişuk - Lijen, Kramnik - Karuana və Karyakin - Aronyan görüşləri keçiriləcək.

İlk turda Məmmədyarov qara fiqurlarla İddiaçılar turnirinin son qalibi, rusiyalı Sergey Karyakini məğlub edib. II turda isə erməni Levon Aronyanla qarşılaşan azərbaycanlı şahmatçı heç-heçəyə razı olub.

12.03.2018 23:36 / Baxılıb: 233 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo