FHN Salyandakı yol qəzası ilə bağlı məlumat yayıb

AZADİNFORM. Fövqəladə Hallar Nazirliyi Salyan rayonunda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

Azadinform-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə,  Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə Salyan rayonunun Qaraçala qəsəbəsində "VAZ" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə zamanı ölən sürücü və sərnişinin cəsədləri xilasedicilər tərəfindən avtomobildən çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Hadisə zamanı digər avtomobilin sürücüsü müxtəlif xəsarətlər alıb.

12.03.2018 21:09 / Baxılıb: 208 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo