Belqradın mərkəzində atışma olub, ölən və yaralananlar var

Serbiyanın paytaxtı Belqrad şəhərinin mərkəzində baş verən atışma zamanı bir nəfər ölüb, iki nəfər isə ağır vəziyyətdədir.

Azadinform TASS-a istinadən xəbər verir ki, hadisəni şirkətlərdən birinin işdən azad edilən və bu yolla sabiq həmkarları ilə hesablaşmağa çalışan əməkdaşı törədib.

O, müəssisənin ofisinə girərək insanlara atəş açıb.

Hadisə yerinə gələn təcili yardım həkimləri bir nəfərin öldüyünü qeydə alıb, iki nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisə yerində hüquq mühafizə orqanlarının əməkdaşları çalışırlar.

12.03.2018 20:54 / Baxılıb: 204 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo