Leonid Slutski Hollandiya komandasının baş məşqçisi təyin olunub

Futbol üzrə Rusiya yığmasının sabiq baş məşqçisi Leonid Slutski Hollandiyanın “Vitess” klubuna rəhbərlik edəcək.

Azadinform klubun rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssislə iki illik müqavilə bağlanılıb. O, işinin icrasına cari mövsüm başa çatdıqdan sonra başlayacaq. Slutski Hollandiyada işləyəcək ilk rusiyalı məşqçi olacaq.

Qeyd edək ki, Erediviziyada çıxış edən “Vitess” 27 turdan sonra 41 xalla 6-cı pillədə qərarlaşıb. Komandanın hazırkı baş məşqçisi Henk Freyzer cari mövsümün yekununda postunu tərk edəcək. Son iş yeri İngiltərə “Hall Siti”si olan Slutski karyerası ərzində Rusiyanın müxtəlif komandalarına, o cümlədən Moskva MOİK-inə rəhbərlik edib.

12.03.2018 20:37 / Baxılıb: 228 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    16.12.2018
    15.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo