İƏT-in baş katibi Azərbaycan Prezidentinə başsağlığı verib

AZADİNFORM. İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useymin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib. 

Azadinform-un məlumatına görə, mətndə deyilir: 

"Zati-aliləri.

Bakıdakı Respublika Narkoloji Mərkəzində Azərbaycan vətəndaşlarının ölümü ilə nəticələnmiş yanğın barədə xəbər məni dərindən sarsıtdı və kədərləndirdi.

Hörmətli cənab Prezident, İslam Əməkdaşlıq Təşkilatı olaraq bu faciəli hadisə ilə əlaqədar ağrı-acılarınızı bölüşürük. Həmçinin həlak olanların ailələrinə və qardaş Azərbaycan xalqına İslam Əməkdaşlıq Təşkilatı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, ölənlərə Tanrıdan rəhmət diləyir, xəsarət alanların isə tezliklə sağalmasını arzu edirəm".

12.03.2018 19:17 / Baxılıb: 231 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo