Əfqanıstan prezidenti İlham Əliyevə başsağlığı verib

Samir Soltanov/AZADİNFORM. Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan dövlət başçısı İlham Əliyevə başsağlığı verib. 

Azadinform xəbər verir ki, Əfqanıstan prezidenti bildirib: “Hörmətli cənab Prezident. Bakıda insanların həlak olması və xəsarət alması ilə nəticələnən yanğın hadisəsi barədə xəbər məndə dərin təəssüf və kədər hissi doğurdu. Zati-aliləri, bu ağrılı hadisə ilə bağlı əfqan xalqı adından Sizə və dost Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Bu faciəvi hadisədə əzizlərini itirmiş ailələrin yanında olduğumu və onların kədərini bölüşdüyümü bildirirəm. 

Xəsarət alanların tezliklə sağalmalarını diləməklə yanaşı, Zati-aliləri, Sizə cansağlığı və müvəffəqiyyət, dost Azərbaycan xalqına isə səadət və tərəqqi arzulayıram”.

12.03.2018 18:46 / Baxılıb: 236 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo