Ağstafaçay su anbarında batan şəxsin cəsədi çıxarılıb

Samir Soltanov/AZADİNFORM. Qazax rayonunun Cəfərli kəndi ərazisində Ağstafaçay su anbarında Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılan axtarış işləri başa çatıb.

Azadinform Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, batdığı ehtimal edilən digər vətəndaş, 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun cəsədi dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən 400 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb. 

Qeyd edək ki, martın 10-da Qazax rayonunun Cəfərli kəndi ərazisində Ağstafaçay su anbarında 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlu və 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlu batıb. Axtarışlar nəticəsində E. Məmmədovun cəsədi batdığı yerdən 500 m aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

12.03.2018 18:55 / Baxılıb: 195 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo