Nepalda təyyarə qəzası 49 nəfər ölüb

Samir Soltanov/AZADİNFORM. Dəkkədən Nepalın paytaxtı Katmandu şəhərinə uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 49 nəfər həlak olub, 22 nəfər isə yaralanıb. 

Azadinform xəbər verir ki, “US-Bangla” aviadaşıyıcısının nümayəndəsi Kampul İslamın məlumatına əsasən, qəza zamanı təyyarədə olan sərnişinlərin 40-ı Banqladeş, 25-i Nepal, 1-i Çin, 1-i isə Maldiv vətəndaşıdır. 
Xatırladaq ki, Dəkkə - Katmandu reysini həyata keçirən “Bombardier Q400” təyyarəsi eniş zamanı yaxınlıqdakı futbol meydançasına düşərək yanıb. Hadisə zamanı təyyarənin göyərtəsində 71 nəfərin, o cümlədən 4 ekipaj üzvünün olduğu bildirilir. Hazırda qəza yerində xilasedicilər və yanğınsöndürənlər işləyir. 
Hava limanı işini dayandırıb, bütün reyslər ləğv olunub. Aeroport administrasiyası qəzaya təyyarədə yaranan texniki nasazlıqların səbəb olduğunu ehtimal edir.

12.03.2018 18:07 / Baxılıb: 203 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo