Ən yaxşı məşqçilər açıqlandı Qurbanov neçənci oldu?

Samir Soltanov/AZADİNFORM. Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb. 

Azadinform xəbər verir ki, "World Coach Ranking" saytının təqdim etdiyi siyahıda Azərbaycandan üç məşqçi - Qurban Qurbanov ("Qarabağ"), Roman Qriqorçuk ("Qəbələ") və Ayxan Abaasovun ("Zirə") adı yer alıb. 
Ən yaxşı nəticə Qurban Qurbanova məxsusdur. O, 1169 xalla 497-ci (-1) pillədə qərarlaşıb. R.Qriqorçuk 255 xalla 942 (-3), A. Abbasov isə 217 xalla 986-cıdır (+5).  
Qeyd edək ki, reytinq siyahısına "Real"ın çalışdırıcısı Zinəddin Zidan (18 min 356 xal) başçılıq edir. Renato Qauşo ("Qremio")  14 min 104 xalla 2-ci, Ernesto Valverde ("Barselona") 13 min 740 xalla 3-cü pillədə qərarlaşıb.

12.03.2018 16:51 / Baxılıb: 211 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo