Genişmiqyaslı təlimlər çərçivəsində qoşunların yerdəyişməsi həyata keçirilir - FOTO - VİDEO

Adəm Abbaslı/AZADİNFORM. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçirilən genişmiqyaslı təlimlərin planına uyğun olaraq təlimlərdə iştirak edən şəxsi heyət, zirehli texnika, aviasiya vasitələri, raket və artilleriya qurğuları, təminat bölmələri və digər hissələrin yerdəyişməsi həyata keçirilir.

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, qoşunlar planlı şəkildə müəyyən edilmiş marşrutlar üzrə hərəkət edərək daimi dislokasiya yerlərindən təlimlərin keçirildiyi bölgələrdəki cəmləşmə rayonlarına toplanır.

 

 

12.03.2018 15:05 / Baxılıb: 296 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
21.09.2018
20.09.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo