İki diaspor təşkilat birləşir

AZADİNFORM. Dünya Azərbaycanlılarının Milli Birlik Təşkilatı ilə Dünya Azərbaycanlıları Assambleyası birləşmək barədə qərar qəbul edib.

Azadinform xəbər verir ki, bu qərar Dünya Azərbaycanlılarının Milli Birlik Təşkilatının rəhbəri Cavad Derəxti ilə Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyev arasında keçirilən görüşdə qəbul olunub. İki nüfuzlu diaspor təşkilatı rəhbərinin arasında keçirilən görüşdə Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti,  ölkəmizin dünyada tanıdılması və haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasına dair müzakirələr aparılıb, sözügedən məsələlərin həlli ilə bağlı gələcək planlardan danışılıb. Müzakirənin sonunda yuxarıda adı çəkilən iki təşkilatın birləşməsi barədə razılaşma əldə olunub və birləşmə qurultayının isə bu ilin sentyabr ayında Almaniyanın Köln şəhərində keçirilməsi qərara alınıb.

Dünya Azərbaycanlıları Assambleyasından verilən məlumata görə, müxtəlif ölkələrdə fəaliyyət göstərən bir neçə diaspor təşkilatının da birlik qurultayını dəstəkləyəcəkləri gözlənilir. Artıq Beynəlxalq Diaspor Mərkəzi və Yaxın Şərq Azərbaycanlıları Konqresi də birləşmə ideyasına dəstək verəcəklərini bəyan ediblər. 

Qeyd edək ki, Dünya Azərbaycanlılarının Milli Birlik Təşkilatının mərkəzi İsveç Krallığının Malmö şəhərində, Dünya Azərbaycanlıları Assambleyasınınbaş ofisi isə Almaniya Federativ Respublikasının Köln şəhərində yerləşir.

12.03.2018 14:50 / Baxılıb: 235 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo