Georgi Tsereteli Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Adəm Abbaslı/AZADİNFORM. Azərbaycanda səfərdə olan ATƏT Parlament Assambleyasının sədri Georgi Tsereteli Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.

Azadinform xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən qonaq ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər qoyub, “Əbədi məşəl” abidəsini ziyarət edib.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ATƏT Parlament Assambleyasının sədrinə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

12.03.2018 14:10 / Baxılıb: 193 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
19.09.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo