Politoloq: Düşmənlər bizim gücümüzü əyani şəkildə görməlidir

Leyla Məhərrəmova / AZADİNFORM. “Təlimlərin keçirilməsində əsas məqsəd hərbi gücü, müdafiə potensialını nümayiş etdirməkdir”.

Bu fikri Azadinform-a Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Prezident İlham Əliyevin təsdiq etdiyi plana əsasən martın 12-dən müxtəlif qoşun növləri, qisimləri, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı təlimlərin başlamasını şərh edərkən deyib.

Politoloqun fikrincə, bununla sübut edirik ki, biz öz torpaqlarımızı işğaldan azad etməyə qadirik. O vurğulayıb ki, hərbi-texniki imkanlarımız da buna imkan verir və heç kəsin buna şübhəsi olmasın.

F. Sadıqov hesab edir ki, vaxtaşırı belə təlimlər keçirmək vacibdir: “Xüsusilə müharibə vəziyyətdə olan ölkə üçün bunu etmək lazımdır. Düşmənlər bizim gücümüzü əyani şəkildə görməlidir. Onlar başa düşməlidir ki, hərbi potensial Azərbaycanın əsas qüvvəsi və amilidir. Bu amilin işə düşməsi isə şübhə altında deyil”.

12.03.2018 13:46 / Baxılıb: 216 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo