İranın Vyana səfirliyinə hücum Ölən və yaralanan var

Ləman Hüseynzadə / AZADİNFORM. İranın Avstriyadakı səfirliyinə hücum olub.

Azadinform xəbər verir ki, paytaxt Vyanada baş verən hücumu bıçaqla silahlanmış şəxs həyata keçirib. O, səfirliyin mühafizəsini həyata keçirən Avstriya ordusunun hərbçisinə hücum edib.

Vyana polisinin mətbuat katibi Harald Sörös mətbuata açıqlamasında bildirib ki, Avstriya vətəndaşı olan 26 yaşlı gənc mühafizə edən hərbiçini hücum zamanı yaralayıb və digər növbətçi hərbiçi gəncin hücumuna cavab olaraq ona atəş açıb və o, yerindəcə həlak olub.

Qeyd edək ki, bundan öncə İranın Britaniyadakı səfirliyinə hücum olub.

12.03.2018 13:40 / Baxılıb: 170 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo