Təlimlərə qatılan qoşunlar əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir

Eşqin Nuruşov/AZADİNFORM. Genişmiqyaslı təlimlərin planına əsasən, həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir.

Müdafiə Nazirliyindən Azadinform-a verilən məlumata görə, qoşunların idarəedilməsi gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar nəzərdə tutulan tədbirləri icra edir.

12.03.2018 13:15 / Baxılıb: 185 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
20.09.2018
19.09.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo