Dənizdə köməksiz qalmış balıqçılar xilas edilib

Samir Soltanov/AZADİNFORM. Bu il martın 9-da Astara reydində “ŞA-284” bort nömrəli “Yamaha-85” mühərrikli üzmə vasitəsinin 2 nəfərdən ibarət heyəti tərəfindən DSX Sahil Mühafizəsinin “Kələdəhnə” sahil nəzarəti məntəqəsinə mühərrikdə yaranmış nasazlıq səbəbindən xilas edilmələri barədə müraciət edilib.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Azadinform-a verilən məlumata görə, sahil nəzarəti məntəqəsi tərəfindən cənub istiqamətində xidmətdə olan sərhəd gözətçi gəmisi ilə əlaqə saxlanılaraq təhlükədə olan üzmə vasitəsinin koordinatları ötürülüb. 

DSX Sahil Mühafizəsinin sərhəd gözətçi gəmisinin həyata keçirdiyi axtarış-xilasetmə tədbirləri nəticəsində texniki nasazlıq səbəbindən sahildən 2,5 mil məsafədə dənizdə qalmış balıqçı qayığı aşkar edilib, küləkli hava şəraitində yedəyə alınaraq sahilə çıxarılıb. 
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən xilas edilmiş şəxslərin Astara rayonu Şahağacı kənd sakinləri Quliyev Həsənqulu Ağaqulu oğlu və Nəhmətov Nail Feyzulla oğlu olmaları müəyyən olunub.

12.03.2018 12:45 / Baxılıb: 209 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    13.12.2018
    12.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo