Bakıda aptekə basqın edən qadın saxlanılıb

Eşqin Nuruşov/AZADİNFORM. Bakıda aptekə basqın olub.

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən aptekə gəlmiş naməlum şəxs orada işləyən qəsəbə sakini X. Nəcəfovanı bıçaqla hədələyib kassadan 165 manat aparıb.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aygün Əliyeva saxlanılıb.

12.03.2018 12:40 / Baxılıb: 214 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo