Suriya hökumətinə xəbərdarlıq edildi

ABŞ-ın müdafiə naziri Cim Mattis Suriya hökumətinə xəbərdarlıq edib. Xəbərdarlıqda Suriyada hərbi əməliyyatlar zamanı kimyəvi silahdan istifadə etməmək tələb olunur.

Cim Mattis deyib ki, Tramp Administrasiyası kimyəvi silahdan istifadə edilməsi barədə öz mövqeyini aydın bildirib və deyib ki, hərbi əməliyyatların gedişində Suriya silahlı qüvvələri tərəfindən qazdan istifadə etmək “o qədər də ağıllı hərəkət olmayacaq”.

Xəbərə görə, C.Mattis Yaxın Şərqə rəsmi səfərindən əvvəl bəyanat verərək bildirib ki, onu Suriya Prezidenti Bəşər Əsədin qüvvələri tərəfindən bombardman zamanı mülki şəxslər arasında ölənlərin olması barədə hesabat narahat edir. Pentaqonun rəhbəri deyib ki, ona xlor qazından istifadə edilməsi barədə məlumat daxil olub. (Azərtac)

12.03.2018 12:31 / Baxılıb: 170 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo