Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycandadır

Adəm Abbaslı/AZADİNFORM. Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili martın 12-də Azərbaycana rəsmi səfərə gəlib.

Azadinform xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Giorgi Kvirikaşvilini Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

12.03.2018 12:01 / Baxılıb: 202 / Çap
 
Bu bölmədə
 Xəbər lenti
14.12.2018
 
2018 All right reserved www.azadinform.az Powered by Danneo