Depozit hərracında tələb təklifi 5,7 dəfə üstələyib

Samir Soltanov/AZADİNFORM. Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirilib.

Mərkəzi Bankdan Azadinform-a verilən məlumata görə, hərracda tələb 1 mlrd. 131,7 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib. 
Bununla da depozit hərracında tələb təklifi 5,7 dəfə üstələyib. 
Qeyd edək ki, bugünkü depozit hərracında 200 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.

12.03.2018 12:15 / Baxılıb: 176 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo