Bakıda qadını şantaj edən şəxs saxlanılıb

Eşqin Nuruşov/AZADİNFORM. Bakıda qadını şantaj edən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, paytaxt sakini A.N (qadın) Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək 2017-ci ilin mart ayından cari il mart ayının 9-dək olan müddətdə tanışı Miryusif Məmmədovun onun şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib 5140 manat və 4000 ABŞ dollarını aldığını bildirib.

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Məmmədov saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb.

12.03.2018 11:55 / Baxılıb: 213 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo