Avtomobildən külli miqdarda pul oğurlayan şəxs saxlanılıb

Eşqin Nuruşov/AZADİNFORM. Bakıda avtomobildən 6 min dollar oğurlayan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 23-də Səbail rayonu ərazisində “Mercedes” markalı avtomobildən 6000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini Nurəddin Qarayev saxlanılıb.

12.03.2018 11:50 / Baxılıb: 177 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo