Rusiyanın Ermənistandakı səfiri ermənilərin Yerevana gəlmə olması faktını beynəlxalq ictimaiyyətə çatdırdı

AZADİNFORM. “Türkmənçay sülh müqaviləsi 1828-ci ilin fevralın 10-da imzalanıb. Bu müqavilənin 190 illik yubileyinə dair Bakıda tədbirlərAzərbaycan və Rusiya mütəxəssislərinin iştirakı ilə təxminən fevralın əvvəli və ortalarında keçirildi. Yerevanda belə müzakirələr martın 6-da keçirildi. Təxminən bir ay yubanmanın səbəbini Ermənistan hakimiyyətinin Türkmənçay müqaviləsinin 190 illik yubileyinin keçirilməsinə müqavimət göstərməsi ilə izah etmək olar”.

Azadinform xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, nəhayət  Rusiyanın Ermənistandakı səfiri İ.Volınkinin iradəsi qalib gəldi. Gecikmə ilə də olsa Türkmənçay müqaviləsinin 190 illiyinə həsr olunmuş “Türkmənçay sülhü -190 il: Tarix və Müasirlik” adlı beynəlxalq elmi-praktik konfrans keçirildi: “ Tədbirdə iştirak edən Ermənistan rəsmiləri, siyasiləri və ekspertləri özləri etiraf etdilər ki, Ermənistan dövləti Türkmənçay müqaviləsinədək mövcud olmayıb. Bu həqiqətdir. Rus imperiyası İranla ikinci müharibədən sonra İrəvan və Naxçıvan xanlıqlarını da öz tərkibinə qatdı. 1813–cü ildə imzalanmış Gülüstan sülh müqaviləsinə görə digər xanlıqlarla yanaşı Qarabağ xanlığı Rusiya imperiyasının tərkibinə qatılmışdı. “İrəvan”, “Naxçıvan”, “Qarabağ” və “xanlıq” terminlərinin erməni dilinə zərrə qədər aidiyyəti yoxdur Çar Rusiyası işğal etdiyi torpaqlarda ilk olaraq “Kiçik Ermənistan” yaratdı. Məqsədi siyasi idi. Rus imperiyası İranla haqq-hesabı çürütdükdən sonra Osmanlı imperiyasının tərkibində olan erməniləri özünə tərəf çəkmək kursunu götürmüşdü. Sonrakı hadisələr təkcə mütəxəssis tarixçilərə deyil, daha geniş təbəqəyə bəllidir”. 

Politoloq vurğulayıb ki, Türkmənçay müqaviləsində xüsusi olaraq göstərilən maddələrdən biri İrandakı ermənilərin İrəvan və Qarabağ xanlıqlarına köçürülməsinə İranın maneə etməməsi ilə bağlı idi: “Nəticədə, 140 min erməni ailəsi İrəvan və Qarabağ xanlıqlarına köçürüldü. Adicə hesablama göstərir ki, indi Cənubi Qafqazda yaşayan ermənilər həmin 140 min ailənin törəməsidir. Xüsusi olaraq bir faktı qeyd edək ki, İranla Çar Rusiyası arasında müharibələr zamanı İranda azərbaycanlılar (Qacarlar) hakimiyyətdə idi”.

M. Əhmədoğlu əlavə  edib ki, Yerevanda keçirilən bu tədbir hər halda bu ölkədə olan bütün diplomatik korpusun diqqətini cəlb etdi: “ Ən azı, məşhur amerikalı diplomat, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri Metyu Brayzanın bu tədbirlə təxminən eyni vaxtda analoji fikir səsləndirməsi də rezonans effekti yaratdı. M.Brayza 1897-ci ildə Çar Rusiyasının apardığı siyahıya alınmanın nəticələrini diplomatik qaydada açıqladı. Bu siyahıya alınmaya görə Yerevanda əhalinin böyük əksəriyyəti azərbaycanlı imiş”.

O əlavə  edib ki, Rusiya səfiri İ.Volınkinin belə addım atması onun fərdi təşəbbüsü deyil: “ Xəstə erməni millətçiliyi indi artıq həm də Rusiyaya qarşı yönəlib; Ermənilər Apostol dininin dayışıcıları olmaqları barədə ideyaları şişirtməklə rus pravoslavlığını aşağılayırlar. Ermənilərin fikrincə, ruslara pravoslavlıq dinini gətirən  erməni qadındır. Ermənilər olmasaydı, guya ümumiyyətlə rus sivilizasiyası olmazdı. SSRİ-nin dağılmasında ermənilərin iştirakı belə mövzularda ermənilərin zarafat etmədiklərini göstərir”. 

Politoloq deyib ki, Rusiyanı strateji müttəfiq adlandıran prezident S.Sərkisyan ermənilərin SSRİ-nin dağılmasında iştirakını etiraf etdi. Həm də bunun səbəbini SSRİ-nin ermənilər üçün “cəhənnəm” olması ilə izah etdi: “Görünür, ermənilər əvvəlcədən uzaqgörən imişlər. Onları İran və Osmanlı imperiyasından sonu “cəhənnəm” olan indiki yaşadıqları ərazilərə köçürən A.Qriboyedovu Türkmənçay sülh müqaviləsindən düz 1 il sonra, 1829–cu ilin fevralın 11–də öldürdülər. Üstündən 160 il keçdikdən sonra SSRİ-ni dağıtdılar. İndi də Rusiyanı Qərbə satmaq kursu götürüblər”.

O sonda qeyd edib ki, güclənmiş Rusiya bunları görür və tarixi yada salmaqla ermənilərə bu regiona necə gəldiklərini nümayiş etdirmək istəyir.

12.03.2018 11:30 / Baxılıb: 381 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.09.2018
    19.09.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo