PKK tərəfdarları İngiltərədə qatar stansiyasında problem yaradıb

Samir Soltanov/AZADİNFORM. PKK/PYD tərəfdarları İngiltərədə aksiya keçirib.

Azadinform xəbər verir ki, London və Mançesterdə baş tutan aksiya stansiyadakı insanların narahatlığına səbəb olub. Məlumata görə, əllərində terror təşkilatının rəhbəri Abdullah Öcalanın portreti olan PKK tərəfdarları Türkiyənin terrorçulara qarşı apardığı “Zeytun budağı” əməliyyatına etiraz ediblər. Polisin dəfələrlə xəbərdarlıq etməsinə məhəl qoymayan etirazçıların yaratdığı problem qatar stansiyalarında tıxaca səbəb olub.

12.03.2018 10:10 / Baxılıb: 208 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    14.12.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo