Sumqayıtda yol qəzası baş verib, ölən var

AZADİNFORM. Sumqayıtda yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyindən Azadinform-a verilən xəbərə görə, Sumqayıt şəhərində “OKA” və "Hyundai" markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər sıxılmış vəziyyətdə qalmış 1991-ci il təvəllüdlü Həsənov Eldar Cəmşid oğlunun meyitini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

12.03.2018 09:45 / Baxılıb: 180 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    20.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo