Berlində məscid yandırılıb

Bu gün Berlinin Raynikendorf rayonunda məscid yandırılıb.

Azadinform-un "Alman dalğası" radiosuna istinadən verdiyi məlumata görə, axşam saatlarında 3 naməlum gənc məscidin pəncərəsinin şüşəsini sındırıb və məsciddə yanğın törədib.

Məscidin yaxınlığından keçənlər bu hadisəni görüb və polis çağırıblar. Ancaq polisin onları saxlaması mümkün olmayıb. Polis məscidə hücumun islamafobiya xarakteri daşıyıb-daşımadığını araşdırır.

Hadisə yerinə gələn yanğınsöndürənlər məsciddə yanğını söndürüblər. Lakin məscidin otaqlarından biri tamamilə yanıb.

11.03.2018 18:01 / Baxılıb: 222 / Çap
 
    Bu bölmədə
     Xəbər lenti
    23.06.2018
    22.06.2018
     
    2018 All right reserved www.azadinform.az Powered by Danneo